Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ucar rayonu Heydər Əliyev Mərkəzində rayonda fəaliyyət göstərən məktəbəqədər müəssisələrin iştirakı ilə bayram tədbiri keçirilib.

Bayram şənliyi Ucar rayon İcra Hakimiyyəti və "Mərcan" toyuq əti məhsullarının istehsalçısı "Azerbaijan Poultry Company" MMC tərəfindən təşkil olunub.

Uşaqların ifasında hazırlanan rəngarəng mahnıları və rəqsləri bayram şənliyində iştirak edən uşaqlar, onların müəllim və valideynləri böyük razılıqla qarşılayıblar. Bayram şənliyində "Azerbaijan Poultry Company" MMC tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.

Sosial cavabdehlik "Mərcan" brendinin missiyalarından biri olduğundan hər zaman uşaqlara diqqət və qayğı göstərir.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!