Expressbank-ın xalis mənfəəti son bir il ərzində 3 dəfədən çox artmışdır

26 iyul 2019, Bakı - Azərbaycan Respublikasında hazırda fəaliyyət göstərən banklar sırasında ilkin  kommersiya banklarından olan "Expressbank" ASC 2019 - cu ilin ikinci rübünün maliyyə hesabatını açıqlayıb. 

Hesabata əsasən Bankın xalis mənfəəti ötən ilin II rübü ilə müqayisədə 3.15 dəfə artaraq 3.13 mln manata çatıb. Həmçinin son rüb ərzində Bank öz aktivlərini 8.1% və ya 26.2 mln. manat artıraraq dinamik inkişaf göstəricilərinə nail olmuşdur. Nəticədə kapitalın illik gəlirlik göstəricisi 5.1%-dək yüksəlmişdir.  

Bankın müştərilərə verdiyi kredit portfeli ötən ilin II rübü ilə müqayisədə 19.5%, ilin əvvəlindən isə 10.4% artaraq 245.35 mln manat təşkil etmişdir. Kredit risklərinin səmərəli idarə edilməsi nəticəsində portfelin problemli hissəsi isə ötən ilin eyni dövrü ilə müqayisədə 2.4%-dən 1.2%-ə qədər azalmışdır.

İlin birinci yarısının yekununda Bankın faiz gəlirləri 18.73 mln manat, faiz xərcləri isə 5.15 mln. manat olmuşdur.  Beləliklə 13.8 mln. manat faiz mənfəəti əldə edilmişdir ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 15.3% artım deməkdir.

Kapitalın adekvatlıq səviyyəsinə görə Bank yüksək nəticələr nümayiş etdirərək dayanıqlıq göstəricilərinə görə aparıcı sıralarda qərarlaşmışdır. Belə ki, cari ilin II rübünə I dərəcəli kapitalın adekvatlığı 39%, məcmu kapitalın adekvatlığı isə 41% təşkil etmişdir.    

Fəaliyyətini müştəri məmnunluğunun və xidmətinin yüksək səviyyədə saxlanmasına və hər bir müştərinin etibarlı tərəfdaşına çevrilməsinə yönəldən Expressbank-da cari ilin yarısına əhalinin yerləşdirdiy əmanətləri illik 17,3% və ya 20.3 mln. manat artaraq 137.3 mln. manat təşkil etmişdir.    

Hesabatla daha ətraflı tanış olmaq üçün linkə keçid ala bilərsiniz. 

Pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan Expressbank-ın ölkə ərazisində  15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.