Dünya trendlərinə uyğun xidmətləri, ən effektiv həlləri, həmçinin sərfəli kampaniyaları ilə ölkə əhalisinin əksəriyyətinin seçimi olan və fəaliyyətinin yeni rəqəmsal dövrünə qədəm qoyan "Azercell Telekom" MMC-nin "Rəqəmsal dünya bölgələrdə" adlı yeni layihəsi Naxçıvan şəhərindən başlayaraq, Şərur və Ordubadda da keçirilmiş, muxtar respublikanın sakinləri tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Belə ki, bu səfər zamanı Azərbaycanın rabitə bazarının lider mobil operatoru Azercell on mindən çox insanı bir araya toplamağa müvəffəq olmuşdur. Azercell bölgə sakinləri ilə görüşərək, onları yeni rəqəmsal məhsullar olan "Kabinetim" tətbiqi, "BuludCinema", "TelekomTv" xidmətləri, mobil internet cihazları və www.azercellim.com onlayn bazası, rabitə xərclərinə qənaət etmək imkanı yaradan "Sərbəst", "GəncOL" və "Sadə" tarif paketləri ilə tanış etmişdir. Bundan əlavə, səfərlər çərçivəsində müxtəlif proqramlar, intellektual və əyləncəli oyunlar, müsabiqələr keçirilmiş, abunəçilərə hədiyyələr paylanmışdır. Qeyd edək ki, Azercell-in dəstəklədiyi "İmzanı Tanıt" sosial layihəsinin iştirakçıları da tədbirə qatılmış və öz əl işlərini nümayiş etdirmişlər.

Ölkəmizə 4G xidmətini ilk təqdim edən şirkət olaraq Azercell, abunəçilərinin gözləntilərini qarşılamaq və respublikamızın bütün sakinlərini bərabər texnoloji imkanlarla təmin etmək üçün 2018-2019-cu illər ərzində LTE şəbəkəsinin bütün ölkə üzrə gücləndirilməsi və genişləndirilməsini həyata keçirmişdir. Bunun nəticəsində şirkət, Azərbaycanın 57 şəhər və rayonunda əhali əhatəsi dairəsində  86.2%, coğrafi ərazi əhatə dairəsində isə 61.4% artıma nail olmuşdur. Bu müddətdə 1007 yeni LTE stansiyası qurularaq, 4G stansiyalarının ümumi sayı 1667-yə çatdırılmış, günlük LTE data istifadəsində 49.6%, LTE yükləmə və ötürmə sürətində isə 16%-dək artım qeydə alınmışdır. Hazırda ölkə boyu 7000-dən çox stansiya daimi bağlantını təmin etməkdədir. 

Avqust ayında Azercell-in Rəqəmsal Dünyasını öz bölgənizdə gözləyin!

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz 

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza" və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People" İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!