G-Shock Dance Battle Azərbaycanda!

Azərbaycanda ilk dəfə olaraq Greenwich saat dükanlarının dəstəyi ilə 23 iyul Park Bulvar AVM-də G-Shock Dance Battle yarışması uğurla keçirildi. 

Seçim nəticəsində Hip-Hop və Break Dance nominasıyaları üzrə 40 professional iştirakçı seçildi.

Hip-Hop və Break Dance üslubunda keçirilən müxtəlif ölkə daxili və xarici festivallarda iştirak edən və dəfələrlə qalib olan @ZicoFirestarMayday  G-Shock Dance Battle yarışmasının hakimləri idi. 

Həyəcanlı və gərgin yarışmanın qaliblərinə 1000 manat və təşkilatçı Greenwichdən dəyərli hədiyyələr təqdim olundu. Break Dance üzrə qalib @bboy_button_4b və Hip-Hop üzrə qalib @vesper_u_s_c.

G-Shock Dance Battle-da break dance və hiphop rəqs növlərinin inkişafı üçün uşaqlar da xüsusi proqram ilə çıxış etdi. Və hər birinə Greenwichdən hədiyylər təqdim olundu. 

Şou ərzində müxtəlif maraqlı və əyləncəli viktorinalar keçirildi. 

G-Shock saatlarının zərbəyə davamlığını və ekstrimal hallarda belə dəqiq çalışdığını nümayiş etdirmək üçün İce Crash test təşkil olunmuşdur. Saat 2 gün ərzində -25⁰ buz parçasının içərisində qalmışdır. Toplanmış tamaşaçılar G-Shock saatını hələ də dəqiqliklə çalışdığının və heç bir deformasıyaya uğramadığının şahidi oldular. 

Xüsusi qonaq kimi dəvət olunan, kikboxing üzrə  23 qat dünya, 7 qat avropa çempionu, və bir cox titula sahib olan Eduard Məmmədova Casionun regional meneceri  Mr.Saido şirkətin direktoru tərəfindən G-Shock brendinin yüksək səviyyədə təmsili və Casio brendinin video çəkilişində iştirak etdiyi üçün təşəkkürnamə təqdim etdi.

Şouya gələn hər bir tamaşaçı Greenwichdən 30% endirim kuponu qazandı.

G-Shock Dance Battle yarışmasının Park Bulvar AVM-də keçirilməsi, şouya cəlb olunan bütün iştirakçılar, tamaşaçılar, təşkilat ilə bağlı əlaqəsi olan hər kəs tərəfindən xoş qarşılandı və tədbirin yüksək səviyyədə keçməsinə imkan yaratdı.  

Uğurla nəticələnən bu lahiyənin davamlı olaraq keçirilməsi planlaşdırılır.