“Ziraat Bank Azərbaycan”da yardım fondlarına olan ödəmələr artıq komissiyasızdır (R)

İşğal olunmuş ərazilərimizin azad olunması üçün gedən döyüşlər zamanı xalqımızın orduya dəstəyi günü-gündən artmaqdadır.

"Ziraat Bank Azərbaycan" da öz növbəsində, Azərbaycan Ordusuna dəstək olmaq üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna, həmçinin şəhid və hərbçi ailələrinə dəstək məqsədi ilə dövlət tərəfindən yaradılan fond və təşkilatlara həm hüquqi, həm də fiziki şəxslər tərəfindən edilən bütün ianə və  köçürmələri komissiyasız icra edəcəkdir.

Bu barədə ətraflı məlumatı *9229 Məlumat Mərkəzinə zəng edərək, www.ziraatbank.az saytına daxil olaraq və ya Bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.