HRA qonaqpərvərlik sənayesinin inkişafı proseslərinə daha diqqətli yanaşmağa çağırır


Bakıdakı mənzillərin çoxalması, bir çox sahibləri tərəfindən onların "ev otellərinə" çevirilməsinə gətirib chixarib. Bu xidmət şəhər mərkəzində köhnə və yeni yaşayış fondunda daha geniş yayılıb.

Erkən 90-cı illəri yada salsaq, ölkəyə chox saylı xaricilerin gəlişi , o dovrde bütün otellərin nömrə fondunun cemini aşmasına getirib çixarmıshdi. Bununla, yashayiş fonduna tələbat özünü doğrultmuşdu. Yalnız illər keçdikcə, kiçik və orta hotellərin sayı artmiş, təkcə Bakı şəhərində onlar 120-dən artiqdir və ümümilikdə 10 minə yaxin qonaq qebulu potensialina malikdirlər. Bəs niyə "ev hotelləri"nin xidmətinə təlabat hələ də galmaqdadır? Bəzi otellərin boş qalmasi və ya yalnız keçirilən tədbirlər muddətinde dolmasi ne demekdir? Otellər və Restoranlar Assosiasiyasının məlumatına görə, şəhərimizdəki kiçik və orta hotellərin illik dolma faizi orta hesabla 30-40% ətrafındadır.

Kirayə evlərdə gecələmə xidmətini təklif edən bir sıra sayt və sosial şəbəkə səhifələrini nəzərdən keçirərək aydın olur ki, bu özəl biznes istiqamətində bir neçə seqment mövcuddur. Bunlar, təmizlik işləri, zibilin tullanması, şəxsi əşyaların yuyulması və ütülənməsi, yataq üzlərinin dəyişilməsi və digər bu növ xidmətlər kimi üstünlükləri olan, şəhərin mərkəzində və kənarında yerləşən özəl həyət evləri və villalar, dəniz mənzərəli çox otaqlı mənzillər və ekonomik seqmentə aid olan 1-2 otaqlı evlərdirlər. Hətta, bu bazarda şəhərin müxtəlif hissələrini əhatə edərək bir neçə mənzilin kirayəsilə məşqul olan "dispetçerlər" və internet resursları sayəsində bu xidməti əsas biznes gəlirinə çevirmiş şirkətlər de movcuddurlar. Qeyd etmək lazımdır ki, hər şeydən əlavə, bu "mənzil bazarı", ezam olunmush yerli və xarici şəxslərə qısa müddətli kirayələmə xidmətləri üzərində qurulub.

Qiymətlərə gəlince, onların kiçik və orta hotellər üçün rəqabət yaratmasını qəbul etməliyik. Bu da müştərilərin bele evlərə üstünlük vermələrinin əsas səbəbidir. Ola bilsin digər səbəblərdə var?

Yaxşı, bəs bu biznesdə, kirayə evlərdə gecələmə qiyməti necə formalaşır? Bütün qanun və qaydalara riayət edilərsə, bu sahibkarlığ fəaliyyəti heçdə qadağan edilmemiş, özəl sektora, həm də dövlətə, vergilər şəklində gəlir gətirən biznes sahəsidir. Hansı qaydalar və qanunlar ilk növbədə nəzərdə tutulur?

Məsələn, ödəniş əvəzınə çek və ya ödənişi təsdiqləyən digər sənəd tələb edildiyi hallarda bir çox sahibkarlar bu sənədin verilməsindən imtina edir, ya da ki, eşitməməzlik imitasiya edərək "dərin yuxu" vəziyyətinə düşürlər. O ki qaldı yaşayış sahələrinin istismarında sanitariya qaydalarına, burada vəziyyət heçdə qənaətbəxş deyil. Təmizlik, qab-qacaq yuyulması və bəzi hallarda hətta yemək hazırlanması işlərini aparan insanlarin sağlamlığı heç kimə bəlli deyil. Hələ gecələmə xidmətində komfortluq və təhlükəsizlik qaydalarına, bir çox kirayələnən mənzillərin lazımı mebellə, yanğına qarşı siqnalizasiya və standart yanğınsöndürənlərlə təchiz olunmasına riayət edilməsinin zəruriliyini qeyd etməmişik. Bundan əlavə, mənzil sahibləri xarici vətəndaşları, qaldıqları yaşayış yerlerine gore qeydiyyatdan keçirməyərək miqrasiya qanunlarını da pozurlar.

Beləliklə məlum olur ki, ev sahibləri, bütün bunlardan yayınaraq, cari xərclərsiz, rəqabətli qiymət formalaşdırırlar. Yalnız, göstərilən xidmətin keyfiyyəti və təhlükəsizlik normalari otellərdən xeyli geridə qalır. Bunlara baxmayaraq biznesin bu seqmenti fəaliyyət göstərən hotellər üçün ciddi rəqibdir.

Müvafiq qurumların və ictimai təşkilatların nəzarət sisteminin qısamüddətli kirayələmə xidmətini təklif edən şəxslərə qarşı daha da ciddiləşdirilməsi zamanı gəlmişdir. Belelikle, bu növ sahibkarlıq fəaliyyətini təkmilləşdirərək, sahibkarların göstərdikləri xidmətlərin keyfiyyətinə, bununla yanaşı yanğından mühafizə və sanitar-epidemioloji qaydalara riayət edilməsinə dair məsuliyyətin artirilmasına nail olmaq mümkündür. Müvafiq qurumlar bu növ sahibkarlıq fəaliyyətini qeydiyyatdan keçirərək, mənzilləri muayinə etməli, onların yanğindan mühafizə qaydalarına, sanitar normalara riayət etmələrini heyata keçirməlidirlər. Bununla yanaşı, mənzillərdə təmizlik işləri aparan şəxsləri mutləq şekilde həkim muayinəsi ile məsul etmək lazımdir. Bu halda rəqabətli bazarda tarazliq elde etmiş olarıq. Otellər otaq fondlarını bazarın tələblərinə uyğun olaraq modernizasiya edib, qiymətləri əlverişli edərdilər. Mənzil sahibləri isə heç bir qaydalara riayət etmədən gözaldadıcı təmirlər etməkdən, vergilərdən yayınmaqdan və qonaqları antisanitariya ilə "zəhərləməkdən" uzaq olar, ucuz "komalar" ise aktualligini itirərdi.

Bu bazarda kimin qalib gəlməsindən asılı olmayaraq, keyfiyyətin, qiymətin və təhlükəsizliyin harmonik uyğunluğuna üstünlük verən istehlakçı faydalanacaqdır.

Hotellər və Restoranlar Assosiasiyası ölkənin otelçilik və restoran biznesinin inkişafı istiqamətində aktiv fəaliyyət göstərir və bütün maraqlı tərəfləri qonaqpərvərlik sənayesinin inkişafı proseslərinə daha diqqətli yanaşmalarına çağırır.