Azərbaycanda ən bahalı futbolçunun qiyməti nə qədərdir? Day.Az представляет новость на азербайджанском языке.

Azərbaycan Premyer Liqasında çıхış edən ən bahalı futbolçuların siyahısı açıqlanıb. Goal.az xəbər verir ki, çempionatımızda top qovan ən dəyərli futbolçu Danilo Diasdır.

"Qarabağ"ın braziliyalı üzvünə 2.5 milyon avro qiymət qoyulub. Onu "İnter"in futbolçusu Ruben Şaken izləyir. Hollandiya yığmasının sabiq üzvünün dəyəri 2 milyon avrodur. İlk "üçlüy"ü 1.8 milyon avro ilə "İnter"in gürcü futbolçusu Aleksandr Amisulaşvili qapayır.

№ Futbolçu (klub) Dəyəri (avro)
1 Danilo Dias (Qarabağ) 2.500.000
2 Ruben Şaken (İnter) 2.000.000
3 Aleksandr Amisulaşvili (İnter) 1.800.000
4 Dmitri Bezotosnı (Qəbələ) 1.700.000
5 Kaue (Neftçi) 1.400.000
6 Riçard Almeyda (Qarabağ) 1.300.000
7 Çumbinyo (Qarabağ) 1.250.000
8 Ernest Nfor (Neftçi) 1.200.000
9 Dani Quintana (Qarabağ) 1.000.000
10 Rikardinyo (Qəbələ) 1.000.000
11 Ekiqo Ehiosun (Qəbələ) 1.000.000
12 Manuel Skarlatake (Xəzər L) 1.000.000
13 Cihan Özkara (Simurq) 900.000
14 Alfred Sanko (Xəzər L) 900.000
15 Aliksey Qay (Qəbələ) 800.000
16 Adrian Rorpotan (Qəbələ) 800.000
17 Melli (Simurq) 800.000
18 Aleksandru Benqa (Qəbələ) 750.000
19 Vojislav Stankoviç (İnter) 750.000
20 Leroy Corc (Qarabağ) 700.000
21 Reynaldo Silva (Qarabağ) 700.000
22 Mixail Sivakov (Qəbələ) 700.000
23 Ruslan Fomin (Qəbələ) 700.000
24 Saşa Stamenkovç (Neftçi) 700.000

Premyer Liqada çıхış edən 9 klubun ən dəyərli futbolçularının qiymətində kəskin fərq var. Belə ki, "Qarabağ"dan Danilo Diasa 2.5 milyon avro qiymət qoyulubsa, "Sumqayıt"dan Slavik Alxasovun qiymət cəmi 250 min avrodur. 9 klub arasında yalnız "Simurq"la "Sumqayıt"ın ən dəyərlisi yerli futbolçudur.

№ Klub Futbolçu Dəyəri
1 Qarabağ Danilo Dias 2.500.000
2 İnter Ruben Şaken 2.000.000
3 Qəbələ Dmitri Bezotosnı 1.700.000
4 Neftçi Ernest Nfor 1.200.000
5 Xəzər L Manuel Skarlatake 1.000.000
6 Simurq Cihan Özkara 900.000
7 AZAL Viktor İbekoyi 500.000
8 Bakı Jaba 300.000
9 Sumqayıt Slavik Alxasov 250.000

Ən bahalı azərbaycanlı futbolçular siyahısına Cihan Özkara başçılıq edir. "Simurq"un milliləşdirilmiş üzvünə 900 min avro qiymət qoyulub. Onu "Qarabağ"ın kapitanı Rəşad Sadıqov izləyir - 650 min avro. İlk "üçlüy"ü 500 min avro dəyərlə "Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev qapayır.

№ Futbolçu (klub) Dəyəri (avro)
1 Cihan Özkara (Simurq) 900.000
2 Rəşad Sadıqov (Qarabağ) 650.000
3 Rahid Əmirquliyev (Xəzər L) 500.000
4 Ruslan Abışov (Qəbələ) 400.000
5 Elvin Məmmədov (İnter) 400.000
6 Əfran İsmayılov (İnter) 400.000
7 Rasim Ramaldanov (Xəzər L) 400.000
8 Səlahət Ağayev (İnter) 350.000
9 Nizami Hacıyev (İnter) 350.000
10 Elnur Abdulov (Simurq) 350.000

Milli.Az