"Ordudakı ölümləri gizlətmək mümkün deyil" - Erməni hüquq müdafiəçisi

2 июня 2017 18:14

Day.Az представляет новость на азербайджанском языке

"Ermənistanın Müdafiə Nazirliyi məlumatları məhdudlaşdırmaqla, faktları gizlətməklə orduda baş verən hadisələri ört-basdır etməyə müvəffəq ola bilmədi".

Day.Az azvision.az-a istinadən xəbər verir ki, bunu Tert.am-a hüquq müdafiəçisi, Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts bildirib.

Onun sözlərinə görə, Avropa İnsan Haqları məhkəməsində Ermənistan ordusunda baş verən ölüm halları ilə bağlı bir çox işlər var və həqiqəti məxfilik pərdəsi altında gizlətmək mümkün deyil.

"Artıq Avropa Məhkəməsi həmin şəxslərin lehinə qərarlar qəbul edib", - deyə Sakunts vurğulayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.