“Sumqayıt” “Neftçi” ilə oyunun hazırlıqlarına start verdi

13 февраля 2018 19:46

Day.Az представляет новость на азербайджанском языке

Ötən turda "Zirə" ilə qarşılaşmanın ardından 1 günlük istirahətə buraxılan "Sumqayıt" bu gündən məşqləri bərpa edib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, komanda baş məşqçi Samir Abasovun rəhbərliyi altında saat 11:00-da "Kapital Bank Arena"da məşqə çıxıb. Bərpa prosesi keçən Elnur Abdullayev fərdi hazırlıqla kifayətlənib. 1.5 saat davam edən məşqdə əsasən toplu çalışmalara üstünlük verilib. 

Qeyd edək ki, "Sumqayıt" - "Neftçi" qarşılaşması 17 fevral saat 18:30-da "Kapital Bank Arena"da keçiriləcək. Oyun CBC Sport telekanalı ilə canlı yayımlanacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.