Bakıda qız ehtiyatsızlıqdan “harakiri” etdi

13 марта 2018 23:42

Day.Az представляет новость на азербайджанском языке

Nəsimi rayon polis idarəsinin əməkdaşları gənc qızın naməlum şəraitdə kəsici-deşici bıçaq xəsarəti alması faktını araşdırır.

Oxu.Az-a 19-cu polis bölməsindən verilən məlumata görə, martın 12-də 01:00 radələrində  mərkəzi xəstəxanaya  qarın nayihəsində ağır bıçaq yarası ilə 1984-cü il təvəllüdlü Günel Mustafayeva daxil olub

Gənc qızın verdiyi ifadəyə görə, mənzilin mətbəxində bıçaqla ehtiyatsız davranması nəticəsində özünə xəsarət yetirib.

Ancaq polis əməkdaşları onun sözlərinə inanmır və zərərçəkənin bununla ona ağır bədən xəsarəti yetirmiş şəxsi cinayət məsuliyyətdən yayındırmağa çalışdığını hesab edir.

Faktla bağlı araşdırma davam edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.