Polis Akademiyasında fəlsəfə doktoru hazırlanacaq

13 марта 2018 23:52

Day.Az представляет новость на азербайджанском языке

Nazirlər Kabineti "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı"na dəyişikliklər edib.

Day.Az "Report"a istinadən bildirir ki, bu barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Qərara əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyası siyahıya əlavə edilib. Belə ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi üzrə" bölməsindən sonra "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi üzrə" bölməsi əlavə edilib.

Qərara əsasən "Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti üzrə" bölməsinin 2-ci hissəsi ləğv edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.