Lənkəranda qəza:

Day.Az представляет новость на азербайджанском языке

Lənkəran-Boradigah yolunun Lənkəran rayonunun Vilvan kəndindən keçən hissəsində ağır yol qəzası baş verib.

Day.Az Report-a istinadən bildirir ki, Masallı rayon sakini, Bakı şəhəri Nəsimi rayon, Cavadxan küçəsi ev 56, mənzil 101-də yaşayan Əzimov İqbal Ziyad oğlunun idarə etdiyi "Mercedes" markalı 90 TS 068 nömrə nişanlı avtomaşın, Masallı rayonunun Xanalyan kənd sakini Əliyev Rafet Firdovsi oğlunun idarə etdiyi "VAZ 2104" markalı 44 BO 346 nömrə nişanlı avtomobillə toqquşub. 
Qəza zamanı ağır bədən xəsarətləri alan "VAZ 2104"ün sürücüsü-26 yaşlı Rafet Əliyev Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Aparılan rentgenoloji və diaqnostik müayinələrdən sonra yaralı reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir. 

Qəzanın baş vermə səbəbləri aparılacaq avtoekspertizanın rəyindən sonra müəyyən olunacaq. 

Dövlət Yol Polisi faktla bağlı araşdırma aparır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.