Bitişmiş əkizləri ayırdılar

Day.Az представляет новость на азербайджанском языке

Mayya və Lidiya əkiz bacılardır. Onların vücudları bitişmişdi - bacılar Siam əkizləri idilər.

Həddən artıq ağır və mürəkkəb cərrahiyyə əməliyyatı aparılıb, uğurla da başa çatıb. Bitişmiş bacıları ayırıblar.

Milli.Az European-a istinadən bildirir ki, əməliyyat İsveçrənin Bern şəhərində aparılıb.

Ötən ilin dekabrında doğulmuş Mayya və Lidiyanın sinələri, qaraciyərləri və ürəkləri ümumi idi.

5 cərrah, iki tibb bacısı və iki anestizioloqdan ibarət qrupun 5 saat ərzində apardıqları əməliyyat uğurla başa çatıb.

3 yaşlı Kamillanın əkiz bacılarının durumunun əla olduğu deyilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.