"Əfqanıstanla sərhədboyu ərazilərə 5 min terrorçu cəmləşib"

Day.Az представляет новость на азербайджанском языке

"Tacikistanın Əfqanıstanla sərhədboyu ərazilərdə terrorçu qruplaşmaların 5 minə yaxın silahlısı yerləşib".

Report TASS-a istinadən xəbər verir ki, bunu Tacikistan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsindən bildiriblər.

Məlumata görə, Əfqanıstanla Tacikistan arasındakı 1344 km uzunluğunda sərhədboyu ərazilərdə 5 minə yaxın silahlı terrorçu var.

Komitədən bildirilib ki, həmin terrorçular "Taliban", "Özbəkistan İslam Hərəkatı", "Camaati-Ənsarullah" kimi qruplaşmaların üzvləridir. Xəbərə əsasən, həmin silahlılar arasında Tacikistanın çoxlu sayda vətəndaşı da var.  

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.