Qazaxda 2 top mərmisi tapıldı

Day.Az представляет новость на азербайджанском языке

Qazax rayonunda 2 ədəd top mərmisi tapılıb.

Day.Az report-a istinadən bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Qazax Rayon Polis Şöbəsi əməkdaşları şəhər ərazisində 2 ədəd döyüşə yararsız top mərmisi tapıb və Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) əməkdaşlarına təhvil verib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.