Mister Binin yeni villası

Day.Az представляет новость на азербайджанском языке

Dünyanın "Mister Bin" kimi tanıdığı britaniyalı aktyor-komik Rouen Atkinson yeni villasının inşaatını başa vurub.

61 yaşlı aktyor İngiltərənin Oksfordşir qraflığındakı "Handsmooth House" villasını 2006-cı ildə 2,5 milyon funt-sterlinqə satın almışdı.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 1930-cu ildə tikilmiş malikanənin ətrafında 16 hektarlıq sahə var.
Aktyor malikanəni alan kimi sökdürmüş və onun yerində eklektik modern stilində villa inşa etdirməyə başlamışdı.
Qonşular və media bu tikilini "kosmik eranın yanacaqdoldurma stansiyası" adlandırmışdılar.
Üçmərtəbəli villada şüşə divarlar, atrium tipli qonaq otağı, damda Günəş batareyaları və ağaclığın içində "gizlədilmiş" böyük qaraj var.
A.Atkinson 10 il davam edən inşaata 5 milyon funt-sterlinq xərcləyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.