Ermənistandan Türkiyəyə gedənlərin sayı azalıb

Day.Az представляет новость на азербайджанском языке

2015-ci ildə Türkiyəyə səyahət edən Ermənistan vətəndaşlarının sayında azalma müşahidə olunub.

Day.Az bildirir ki, APA-nın "news.am" saytına istinadən verdiyi xəbərə görə, ötən il 48 522 nəfər Türkiyəyə səfər edib. Bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, 2015-ci ilin dekabrında Türkiyəyə səfər edən ermənilərin sayı 2913 nəfər olub, bu da əvvəlki ilin analoji göstəricilərindən 20% aşağıdır.

Ümumilikdə 2015-ci il ərzində Ermənistandan Türkiyəyə gedən vətəndaşların sayı 2014-cü illə müqayisədə 28% azalıb. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.