7 otaqlı ev yandı

Day.Az представляет новость на азербайджанском языке

Səhər saatlarında Sumqayıtda yanğın faktı qeydə alınıb.

Day.Az FHN-in saytına istinadən bildirir ki, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 7 otaqlı evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 10:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.