​Elşad Abdullayevin qızı erməni ilə evləndi

Day.Az представляет новость на азербайджанском языке

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş korrupsioner rektoru, dələduz Elşad Abdullayevin qızı Aynur Abdullayeva erməni Artyom Xaçaturyan ilə ailə qurub.

Day.Az "İki sahil"ə istinadən xəbər verir ki, çütlük 3 ildir evlidir və E.Abdullayevin qızı bu izdivacdan xoşbəxtdir.

Saytın yazdığına görə, onların bir oğlu var.

Tez-tez və dinc şəraitdə bir yerdə yaşamağın vacibliyinə toxunan A.Abdullayeva (Xaçaturyan) erməni və Azərbaycan mahnılarına oynayan erməni və azərbaycanlıların videosunu paylaşaraq qeyd edib: "Baxın, insanların dostluq və sülh içində yaşadığını öyrənin. Bunu millətçilər üçün paylaşıram".

Qeyd edək ki, məlumatın orjinal variant ilə BURADAN tanış ola bilərsiniz.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.