Astan Şahverdiyev: "Əkrəm Əylisli şərəfini ermənilərdən aşağı tutan adamdır"
Day.Az представляет новость на азербайджанском языке.

Millət vəkili Astan Şahverdiyev yazıçı Əkrəm Əylislinin qalmaqallı "Daş yuxular" romanına münasibət bildirərkən kəskin fikirlər səsləndirib:

"Əkrəm Əylisli şərəfini ermənilərdən aşağı tutan adamdır. Öz mənafeyi naminə Azərbaycan xalqına ləkə yaxır. Utanmadan erməni saytlarına müsahibə verib və "qardaşı" Emil Babayana deyib ki, məni Azərbaycanda məhv edirlər, Yerevanda sığınacaq verin, gəlim yaşayım. O, bu romanın əvəzində erməni ağalarından yaxşı mükafat alacaq. Mən onu "milçək vızıltısı" sayıram. Əkrəm əvvəldən bu hökumətə qarşı çıxıb. Onun fakturasında həmişə bir erməni görmüşəm. Bunu uzun illər gizlətməyə çalışsa da, nail ola bilmədi".

Əkrəm Əylislinin əvvəldən Azərbaycan xalqına patoloji nifrəti olduğunu deyən millət vəkili onu bu dövlətin adına ləkə adlandırdı: "O adam özünü Orxan Pamuk, Soljenitsin ilə müqayisə edir. Erməni qardaşlarından sığınacaq istəyir, guya ki, bu, İisus Xristos kimi toxunulmazdır. Romanında yazır ki, guya Əylis kəndində 7 erməni kilsəsi var, onun sətəlcəm təfəkkürünə yazığım gəlir. Əylis kəndinin ermənilərə nə aidiyyatı var axı".

/Publika.az/