Колонка Арзу Нагиева: Türkiyədəki etirazlar və geosiyasi problemlər...

3 июля 2013 15:41

Baş nazir Rəcəb Tayib Ərdoğanın ölkəni onillik idarəçiliyinin statistikası göstərir ki, Türkiyə iqtisadi inkişaf siyasətinə nail olmuşdur. Müqasiyədə 2010-cu ildə iqtisadiyyatın artımı 9,2 faiz təşkil edib və Çindən sonra dünyada bu, ikinci göstəricidir. Ərdoğan hakimiyyətə gələndə, yəni 2002-ci ildə inflyasiyanın səviyyəsi 30 faiz təşkil edirdisə, 2012-ci ildə bu rəqəm 7 faizə endilrildi.

Adambaşına düşən gəlir dörd dəfəyə yaxın artdı və 3 min ABŞ dollarından 11 min dollara qalxdı, bununla parallel olaraq yaşayış minimumu da yüksəldi. Türkiyə işsizliyin səviyyəsinə görə 2012-ci ildə Avropada ən aşağı ğöstəriciyə malikdir. Beynəlxalq Valyuta Fondunun (BVF) himayəsindən çıxan Türkiyənin xarici ixracının həcmi 160 milyard dollara yaxınlaşdı. 2002-ci ildə cəmi 30 milyarda yaxın ehtiyat fonduna malik olan dövlətin ehtiyatı 116 milyarda çatdı və belə nailiyyətlər əlbəttə, Ərdoğan hökümətinin və onun partiyasının nüfuzunu dəfələrlə qaldırdı.

Bu statistikanı göstərməkdə məqsəd heç də kimi isə tərifləmək və ya aşağılamaq deyil. Sadəcə olaraq, belə bir inkişaf tempi olan ölkənin qəflətən xaosa, qarışıqlığa düçar olmasının səbəbinin axtarılmasıdır.

2012-ci ilə qədər bu templə inkişaf qəflətən tənəzzüllə üzləşdi. Nə baş verdi? 2012-ci ildə Türkiyə iqtisadiyyatında cəmi 2,2 faiz artım müşahidə olunur. Bundan başqa, ekspertlərin fikrincə, ölkə tədricən tənəzzülə uğramağa başladı və bu proseslər hökumətə bir çox problemlər yaratdı. Digər tərəfdən bu problemlər ğözlənilməyən tərəfdən, bir etiraz hərəkatı şəklində özünü büruzə verdi.

İqtidar partiyasının bir sıra mitinqlərində Baş nazir Ərdoğan düşmənlərin kim olduğunu açıqlayır və eyni zamanda bunların maliyyəçi lobbilər, uduzanın isə Türkiyə iqtisadiyyatı olduğunu bildirir.

Lakin Türkiyə iqtisadiyyatında tənəzzül mövcud idi, etiraz hərəkatları da buna bir təkan verdi. Bankların məlumatlarına görə, may ayında 1 dollar 1,66 türk lirəsi idisə, hazırda 1,94 lirədir. Bunu dayandırmaq üçün bazara valyuta çıxarılır. Baş verən hadisələrə görə hotellərin bronları 30 faiz azalıb, büdcəyə 54 milyon avro ziyan dəyib. Belə davam edərsə, 2014-cü ildə ölkə iqtisadiyyatında sərmayə qoyuluşu ən aşağı səviyyəyə enə bilər.

Məlumdur ki, 2014-cü ilin mart ayında Türkiyədə regional seçkilər keçiriləcəkdir. Bu vaxta qədər Ərdoğanın qarşısında ölkədə vəziyyəti nəzarət altında saxlamaq kimi vəzifə durur və buna da çalışır. Baş nazirin tərəfdarlarının Kayseridə, Samsun və Ərzurumda keçirdiyi mitinqlərdə bu daha aydın görünürdü. Partiya daxilində də müəyyən fikir ayrılıqları mövcuddur. Hər kəs öz siyasi manevrlərini edir.

Daxildə baş verənlər Türkiyənin xarici siyasətində də özünü göstərir və demək olar ki, aktiv siyasətdən geridə qoyur. Əvvəllər regionda güc balansına nəzarəti əlində saxlaya bilən Türkiyə artıq bunu itirə bilər.

Suriya və İran məsələsində ümumi razılığa gəlinməməsi də Türkiyənin xarici siyasətinə təsir edən amillərdəndir.
Bütün bu baş verənlər isə tək Yaxın Şərqdə deyil, Cənubi Qafqazda da vəziyytin dəyişməsinə gətirir. Yəni Türkiyədə hər hansı hakimiyyət dəyişikliyi reqionun yeni geosiyasi silkələnməsi deməkdir.

Rusiya isə yüksəkvəzifəli hərbçilərini və digər rəsmilərini Ermənistana göndərməklə öz maraqlarını bir daha nümayiş etdirir və Rusiya sərhədçiləri tərəfindən mühafizə edilən Ermənistan və Türkiyə, İran arasında olan sərhədlərdə təhlükəsizlik məsələrinin təmin edilməsini ön plana çəkir.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!