Mais Səfərli: "Milli Şura konfiliktli qüvvələrdən ibarətdir"

Day.Az представляет новость на азербайджанском языке.

"Azərbaycanda normal, demokratik hakimiyyət mövcuddur. Ölkəmiz hüquqi dövlətdir. Azərbaycan hakimiyyəti xalqın iradəsi, azad və demokratik seçki əsasında formalaşıb. Ona görə də demokratik hakimiyyətin, prezidentin heç kimlə işi yoxdur. Əslində Azərbaycan hakimiyyəti də ölkədə normal müxalifətin fəaliyyət göstərməsinin tərəfdarıdır. Amma çox təəssüflər olsun ki, bizim müxalifət bu prinsiplərdən çox uzaqdır".
 

Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli "Milli Şura"nın ötən gün keçirdiyi mətbuat konfransında Cəmil Həsənlinin sərsəm fikirlərinə münasibət bildirərkən deyib.
 

M.Səfərlinin sözlərinə görə, müxalifət düşərgəsində fəaliyyət göstərən partiyaların çoxunda belə demokratiyadan əsər-əlamət yoxdur: "Bu gün "Milli Şura" özü-özünü içəridən yeyərək parçalayır. Çünki, burada toplaşan partiyaların böyük əksəriyyəti uzun illər yola getməyən, sivil rəqabət qaydalarından kənara çıxaraq bir-birini təhqir edən, konfiliktə girən və s. qüvvələrdən ibarətdir. Bu mənada hesab edirəm ki, həmin insanların mətbuatdakı açıqlamaları bir-birlərinə qarşı kampaniya aparmaları ondan xəbər verir ki, "Milli Şura" heç də uzağa getməyəcək. Artıq bu qurum özü-özünə qənim kəsilib".
 

"Milli Şura"nın öz təbliğatını hakimiyyəti tənqid və təhqir etmək üzərində qurmasına gəlincə, partiya sədri deyib ki, müxalifət indiyədək bütün fəaliyyətini ağa qara demək üzərində qurub: "Bu gün Azərbaycanda görülən əzəmətli işlərə qara yaxmaq ədalətsizlikdir. Azərbaycan cəmiyyəti də bunu açıq-aşkar görür və həmin insanlara öz nifrətini bildirir. Ölkəmiz bu gün nəinki bölgədə, hətta dünyada ən qabaqcıl inkişaf etmiş ölkələr sırasındadır. Bunu, hətta statistik göstəricilər də sübut edir. Bunların normal platformaları, komandaları, proqramları mövcud deyil".
 

SİA