“EL”in sədri: “Namazov təxribatçı, sözgəzdirən, aravurandır"

Day.Az представляет интервью на азербайджанском языке.

EL hərəkatının sədri Əflan İbrahimlinin SİA-ya müsahibəsi
 

- Rüstəm İbrahimbəyov "Milli Şura"dan istefa etmək istəyi ilə bağlı sizdə hansısa məlumat varmı?

- Bəli, mən demişdim ki, R.İbrahimbəyov "Milli Şura"dan istefa verəcək və elə dediyim də doğru çıxdı. Mən Rüstəm bəylə əlaqə saxladım və o, mənə dedi ki, yaxın günlərdə mətbuata açıqlama verəcəyəm ki, "Milli Şura"dan istefa verirəm. Çünki bu qurum mənim istədiyim kimi bir qurum olmadı, burada bir çox problemlər var. Telefon danışığı zamanı həmçinin R.İbrahimli bildirdi ki, bu qurumda artıq təmsil olunmur. "Milli Şura" ilə bağlı fikirləri hədsiz dərəcədə mənfidir.
 

- Cəmil Həsənli təbliğat-təşviqat kompaniyası başlamasına rəğmən hələ də ölkəyə qayıtmayıb və xarici ölkələrdə gəzməklə məşğuldur. Prezidentliyə namizəd bir şəxsin bu hərəkətlərinə nə ad vermək olar?

- Əsəs məsələ ondan ibarətdir ki, Cəmil Həsənli də onunla gedən başqaları da oraya dilənməyə gediblər. Onlar dilənib seçkidə ki, təbliğata görə pul almağa çalışırlar. Məhz bu niyyətlə ordadırlar. Onlar bəzi xarici təşkilatlardan pul alıb iğtişaşlar törətmək istəyirlər.
 

- "Milli Şura" Rüstəm İbrahimbyovun bu qurumdan istefasından sonra buraxıla bilərmi?

- Məlumdur ki, "Milli Şura"dan çox partiyalar çıxdı. Bu qurum artıq pis gündədir. Ona inam, güvən olmayıb, indi də yoxdur. Ora əvvəlcədən sevinərək gələnlər, indi üzülərək oranı tərk edirlər. Orada qalan bir neçə partiya var ki, şahid olacağıq ki, onlarda oranı avtomatik tərk edəcəklər. Rustəm bəy mənə danışıqımız zamanı bildirdi ki, mən "Milli Şura"dakılarla bir yerdə fəaliyyət göstərə bilmərəm. Onlar iş görüləcək adamlar deyil.
 

- Sizcə, Eldar Namazovun bundan sonrakı aqibəti necə olacaq?

- Eldar Namazov təxribatçı, sözgəzdirən, aravuran bir adamdır. Onun aqibətindən danışmağa dəyməz. Hər zamankı kimi bu dəfə də onun aqibəti pis olacaq. O kimdir ki? Heç kim. Yaramazın biri. Dövlətçiliyin düşmənidir. Uzun illərdir yaramaz işlərlə məşğul olur. Belə insandan müsbət heç nə gözləmək olmaz.
 

SİA