Twente Universitetində Azərbaycanla bağlı tədbir keçirilib

Day.Az представляет новость на азербайджанском языке.

29 noyabr 2013-cü il tarixində Niderlandın ən qabaqcıl ali təhsil ocaqlarından biri sayılan Twente Universitetində burada təhsil alan azərbaycanlı tələbələr tərəfindən "Azerbaijan contry presentation" adlı tədbir keçirilmişdir.
 

Day.Azın ölkəmizin Hollandiyadakı səfirliyinin məlumatına istinadən verdiyi xəbərə görə, tədbirdə Niderland, Almaniya, İspaniya, Yunanıstan, İran, Ukrayna, Cənubi Afrika və İndoneziyadan gəlmiş 80-ə yaxın xarici tələbə iştirak etmişdir.
 

Tədbirdə Azərbaycan tarixi, mədəniyyəti, ölkənin hazırkı inkişafı, son nailiyyətləri, təşkil olunmuş və gələcəkdə keçirilməsi nəzərdə tutulmuş beynəlxalq tədbirlər, eləcə də Dağlıq Qarabağ münaqişəsi barədə çıxışlar dinlənilmişdir. Bununla yanaşı, Azərbaycanın tarixi abidələrini əks etdirən videomaterial göstərilmişdir.
 

Daha sonra tədbir iştirakçılarına Azərbaycan, Abşeron, Bakı və İçərişəhər barədə kiçik broşurlar, həmçinin Dağlıq Qarabağ münaqişəsi və konfliktin tarixini əks etdirən kitablar paylanmışdır.