Bahar Muradova: "Milli Şura seçkilərdən əvvəl dağılmağa başladı"

Day.Az представляет новость на азербайджанском языке.

"Müxalifət yaratdığı Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənli, bəzi ictimai-siyasi təşkilatlar, ayrı-ayrı şəxslər Azərbaycanda siyasi prosesin iştirakçısı, gündəmdə olduqlarını göstərmək üçün müxtəlif bəyanatlar verirlər, fikirlər səsləndirirlər. Təbii ki, onların fikirləri Azərbaycanda ictimai-siyasi mühitə heç bir zaman təsir göstərməyib və bu gün də göstərməyəcək. Çünki, bu şəxslərin kimliyi, fəaliyyəti və həmin fəaliyyətin məzmunu bizə artıq bəllidir".
 

Bunu SİA-ya Yeni Azərbayacan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradova müxalifətdaxili proseslərə münasibət bildirərkən deyib.
 

Milli Məclisin sədr müavinin sözlərinə görə, bu günə qədər Azərbaycanda keçirilən seçkilər ərəfəsində müxalifətin müəllifi olduğu müxtəlif qurumlar yaradılıb:

"Bu qurumlar da bəlli şəxslər tərəfindən yaradılıb. Azərbaycanda hakimiyyətə gəlməyi özünə ifadə vasitəsi seçən və nəyin bahasına olursa-olsun hakimiyyətə gəlməyi qarşısına məqsəd qoyan bu qurumlar uğursuz adamların yaratdıqları uğursuz təşkilatlardır. Buna nümunə olaraq elə "Milli Şura"nı göstərə bilərik. Bu qurum nə qarşısına qoyduğu hədəfə çatmaq iqtidarında deyil, nə də imitasiya xatirinə müxalifət partiyalarının birliyi kimi də yaşaya bilməyəcək. Proqnoz vermişdik ki, həmin qurum bir neçə aylıq fəaliyyətdən sonra dağılacaq. Hər birimiz də şahidi olduq ki, "Milli Şura" seçkilərdə iştirakdan əvvəl dağılmağa başladı. Həmin qurumda təmsil olunanlar isə artıq bir-birlərini ittiham etməklə məşğuldurlar. Artıq bu düşərgə elə bir vəziyyətdədir ki, burada qurumu parçalamağa çalışanlar özlərini birləşdirən, birləşmək üçün çalışanlar isə özlərini parçalayan rolunda təqdim edirlər. Amma bütün bunlara baxmayaraq, bu gün Azərbaycan seçkilər kimi mühüm bir mərhələni geridə qoydu. Təbii ki, ölkəmiz tutduğu yolla inamla irəliləməkdədir".

SİA