Azərbaycan və Türkiyədən Ermənistan ordusuna gözdağı

Day.Az представляет новость на азербайджанском языке.

Azərbaycan Türkiyənin TAİ şirkətindən (Türkiyənin Aviasiya və Kosmik Sənaye şirkəti) 60 "T-129 ATAK" döyüş helikopteri alır.

ANS PRESS-in məlumatıa görə, sövdələşmənin ümumi dəyəri 3 milyard dollardır.

Türkiyə 2013-cü ildə əldə edilmiş razılaşmaya əsasən, TAİ 3 milyard dollarlıq 60 ədəd ATAK vertolyotu ixrac edəcək. Bundan əvvəl TAİ-nin Azərbaycan ordusu üçün nəzərdə tutulan helikopterlərin seriya istehsalına 2013-cü ildə başlayacağını açıqlanmışdı.

"T-129 ATAK" helikopterlərinə maraq göstərən ilk xarici ölkə Azərbaycandır. Azərbaycandan başqa Birləşmiş Ərəb Əmirlikləri, Malayziya, Pakistan və İordaniya da TAİ-dən bu helikopterlərin alınmasına dair danışıqlar aparır.


"T-129 ATAK" helikopterləri uçuş zamanı 

Azərbaycanın silahlanmasında olan döyüş helikopterləri Rusiya istehsalıdır, Mi-8, Mi-24, Mi-35 tiplidir. Azərbaycan bu yaxınlarda Rusiyadan Mi-35M vertolyotlarının böyük partiyasını alaraq öz hərbi-hava qüvvələrinin imkanlarını xeyli gücləndirib. Vertolyotlar Türkiyənin TUSAŞ (Türkiyənin Aviasiya və Kosmik Sənaye şirkəti - TAİ) və ASELSAN şirkətləri ilə İtaliyanın "Agusta Westland" şirkəti ilə birgə istehsal olunur.

"T-129 ATAK" döyüş vertolyotları İtaliyanın "Agusta Westland" şirkəti ilə birgə istehsal olunur. O, "A-129 Mangusta" döyüş vertolyotlarının prototipidir. Vertolyotların Türkiyədə istehsalına dair razılaşma 2007-ci ildə əldə olunub.

Helikopterlərin ilk sınaq uçuşları 2011-ci ildə keçirilib. Vertolyotların hissələrindən təxminən 6200-i Türkiyədə istehsal olunur. O cümlədən döyüş maşınlarının elektron sistemlərini ASELSAN təmin edir. Qanadlarının altında Türkiyənin "Roketsan" şirkətinin istehsalı olan 76 "hava-yer" tipli raket daşıyır. Əlavə yanacaq götürmədən 556 km məsafə uça bilir. Kreyser sürəti saatda 288 kilometrdir. Vertolyotun silahlanmasına burun hissəsində yerləşdirilmiş 20 mm-lik avtomatik top da daxildir. Vertolyotun seriya istehsalına ötən il başlanılıb və 2018-ci ilə qədər Türkiyə silahlı qüvvələrinə 50 belə vertolyot təhvil verilməlidir.


"T-129 ATAK" - döyüş helikopteri


Azərbaycanın Hərbi Hava Qüvvələrinin komandanı, general Ramiz Tahirov bir müddət əvvəl ANS TV-yə açıqlamasına Ermənistan ordusundan tam üstünlüyə malik olduğumuzu açıqlamışdı. Bu təyyarələrin alınması ilə Azərərbaycan ordusunun üstünlüyünü daha da artıracaq.

"Hazırda Azərbaycanın Hava Hücumundan Müdafiə sisteminin arsenalında "Buk", ermənilərdə isə "Kruq" və "Kub" var. Hava müdafiəsi zamanı "Kruq" və "Kub" sistemlərindən istifadə etmək çox çətindir, tez-tez sıradan çıxır və s. Ermənistanda "S-300" PS və PT zenit-raket kompleksləri var. Bu raketlər Dağlıq Qarabağa yerləşdirilməyib. Azərbaycan ordusunda isə "S-300 PMU2" "Favorit" zenit-raket kompleksləri var", - deyə komandan bildirib.


S-300 PMU2" "Favorit" zenit-raket kompleksləri


Cəhbədə yaşanan gərginliklər fonunda Azərbaycan ordusunun yeni hərbi texnika alması barədə xəbər Ermənistan hakimiyyətini daha da qorxudur. Çünki qarşı tərəf Rusiyanın ona bağışladığı köhnə hərbi texnikanın ümidinə qalıb. Digər tərəfdən isə bir müddət əvvəl Rusiya Ermənistana güzəştli şərtlərlə 200 milyon dollar ixracat krediti ayırmasına dair saziş imzalanıb. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.