ATƏT DTİHB-nin Azərbaycandakı müşahidə missiyasının işinin başlandığı tarix açıqlandı

Day.Az представляет новость на азербайджанском языке

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda prezident seçkilərini izləyəcək müşahidə missiyası martın 9-da Azərbaycanda prezident seçkiləri ilə bağlı rəsmi fəaliyyətə başlayacaq.

Day.Az Trend-ə istinadən bildirir ki, bu barədə ATƏT-in məlumatında deyilir.

Bildirilir ki, müşahidə missiyasının rəhbəri Korien Yonker missiyanın fəaliyyəti və rolu barədə mətbuat konfransında məlumat verəcək.

Daha əvvəl verilən məlumata görə, DTİHB səsvermə günü prezident seçkisini müşahidə etmək üçün 280 nəfərdən ibarət missiya və 30 uzunmüddətli müşahidəçi göndərməyi tövsiyə edib.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.