İlhamə Quliyeva həmkəranının tədbirindən imtina etdi

Day.Az представляет новость на азербайджанском языке.

Əməkdar artist Elza Seyidcahanın xalq artisti İlhamə Quliyevanı konsertinə dəvət etməsi böyük səs-küyə səbəb olub.
 

Axşam.az-ın məlumatına görə, İ.Quliyeva müğənninin yalançılıqla ittiham edərək, onun konsertinə getməyəcəyini və birlikdə səhnəni paylaşmayacağını deyib.
 

Elzanı səviyyəsiz adlandıran xalq artistinə qarşı tərəfdən cavab gəlib.
 

Əməkdar artist İlhamə Quliyeva ilə əlaqə saxladığını, məsələyə aydınlıq gətirdiklərini açıqlayıb:
 

"İlhamə xanım mənim böyüyümdür. Ona hörmətim sonsuzdur. Konsertimdə bir böyük sənətkar kimi onun da olmasını istəyirdim. Xalq artistinin qonaq qismində tədbirimə qatılması mənə uğur gətirəcək. Bunu isə gedib ona başqa cür çatdırıblar. Guya mən konsertdə onun birlikdə oxuyacam. Bu cür yalan şayiələr böyük narazıçılığa gətirib çıxarır.
 

Ayın 19-da "Uğura doğru" konsertim baş tutacaq. Bir çox müğənnini ora qonaq kimi dəvət etmişəm. Bu konserti Prezident seçkilərinə həsr etmişəm. Belə bir əziz gündə "Şərəf" ordenli xalq artistini də yanımda görmək istədim.
 

İlhamə xanımla telefon əlaqəsi saxlamışam. Onun hadisədən xəbəri var. Sadəcə məlumatı başqa cür çatdırıblar. Böyüyə hörmətsizlik etmək mənim tərbiyəmə uyğun addım deyil. çünki mən ailə tərbiyəsi almış ifaçıyam. Əgər İlhamə xanım o cür açıqlama veribsə, canı sağ olsun. Amma onu da bildirim ki, onunla dünən də əlaqə saxladım və məsləyə aydınlıq gətirdik. Aramızda heç bir problem qalmayıb".
 

Əməkdar artist həmçinin ayın 19-da gerçəkləşəcək konsertində hər kəsdən xallı libas geyinməyi xahiş edib. Müğənninin konserti dənizkənarı istirahət mərkəzlərindən birində baş tutacaq.
 

Qeyd edək ki, Elzanın konsertdə səhnəni xalq artisti İlhamə Quliyeva ilə bölüşəcəyi xəbəri qarşı tərəfi özündən çıxarıb. İ.Quliyeva Elza Seyidcahan haqqında bu sözləri deyib: "Mən bilmirəm ki, bu adam niyə görə, mənim adımı çəkib. Mən məgər o səviyyənin adamıyam ki, Elza Seyidcahanla bir səhnəyə çıxım? Mən yəni o günə qalmışam... Mənim adımdan istifadə edib yalan danışmaqdan utanmır. Ayıb olsun ona. Mən belə tədbirlərdə qəti şəkildə iştirak etmirəm. Bunu hər kəs bilir".
 

/Strategiya.az/