Türk serialının ulduzları bir-birinə vurulub

Day.Az представляет новость на азербайджанском языке.

Türkiyənin Kanal D telekanalında nümayiş olunan "Galip Derviş" teleserialında baş rollarda oynayan Engin Günaydın ilə Alqı Ege yalnız ssenariyə görə sevgililər deyillər.


Milli.Az AHT-yə istinadən bildirir ki, onların, gerçəkdə də, sevgili olduqları aşkarlanıb.


Reportyorlar iki sənətçini dünən İstanbulun Cihangir səmtindəki kafelərdən birində görüblər.


Fotokameraları görəndə təlaşlanan Engin Günaydın "Lütfən, bunu xəbərə çevirməsəniz, yaxşı olar" deyərək Alqı Ege ilə birlikdə kafeni tərk edib.
 

Milli.Az