Gizem Karaca: "Əməllərimin cəzasını çəkirəm"

Day.Az представляет новость на азербайджанском языке.

Türkiyənin gənc və populyar aktrisalarından biri, "Benim hala umudum var" serialında baş rolda oynayan Gizem Karaca Kanaltürk telekanalındakı "2.Sayfa" proqramının qonağı olub.


Milli.Az AHT-yə istinadən bildirir ki, aktrisanın dediyinə görə, yaşadıqları olaylar ona ağır yükdür.


"İnsan hər şeydən bir dərs alır. Bir xətam oldu, indi əməllərimin cəzasını çəkirəm. Olaylar məni ağıllandırdı", - G.Karaca söyləyib.

İstanbul polisinin mütəşəkkil cinayətkarlığa və narkoticarətə qarşı həyata keçirdiyi əməliyyatlardan birində darmadağın edilmiş narkoalver qruplaşmasının aktiv müştəriləri arasıda Gizem Karaca da vardı.


Prokurorluq aktrisanın 5 ildən 15 ilədək həbsini istəyir.


"Həmin hadisələrdən sonra "Vecimə deyil, çox bəxtəvərəm" deyə bilmərəm. "Bütün bunlar 20 yaşlı insan üçün çox ağır yükdür" deyə bilmərəm. Amma şans var ki, gəncəm, pis yoldan tez ayrıldım. Bundan sorna belə olaylar bir daha olmayacaq", - G.Karaca söyləyib.
 

Milli.Az