Şou əhli arasında kimin kredit borcu çoxdur?

Day.Az представляет новость на азербайджанском языке.

Daim diqqət mərkəzində olan şou əhlinin kredit borcları ilə maraqlandıq


Milli.Az publika.az-a istinadən tanınmışların kredit borcları ilə bağlı sorğunu sizlərə təqdim edir:

Rəqqasə Fatimə Fətəliyeva: "Oyyy... canım mənim, 18 min manat kreditim var. Maşın almaq üçün kredit götürmüşəm".

Müğənni Günay İbrahimli: "Əlbəttə, kreditim var. Maşınım kreditdədir. Haradasa, 50 min manat kreditim qalıb. Amma mən tez-tez ödəyirəm ki, balansımdan pul çıxsın. Vaxtını gözləmirəm. Pul olan kimi ödəyirəm".

Müğənni Sevda Yahyayeva: "Hal-hazırda kreditim yoxdur. Amma əvvəl var idi, ödədim, bitdi. Hər şeyi birdən almaq olmur. Müğənnilərin əksəriyyətinin krediti var. Çünki klip çəkdiririk, mahnı yazdırırq. Hər kəs büdcəsinə uyğun kredit götürür. Mən qiymət açıqlamağı sevmirəm".

Müğənni Nadir Qafarzadə: "Nə danışırsız? Kreditim yoxdur".

Sevinc Sevil Səfərova bacıları: "Varrrr. Bilirsiz, nə qədərdir? Mənə adətən "Kredit Seva" deyirlər. Hər kəsin, müğənnilərin əksəriyyətinin krediti var. Elə bizim də. Bir dəfə mahnı üçün kredit götürmüşdük. 1 il keçib, hələ də ödəyə bilmirik. Ayda 253 manat ödəyirik. Ancaq maşınımız da kreditdədir".

Müğənni Aysel Əlizadə: "Kreditim var. Maşınım kreditdədir. 20 min manata yaxındır".

Xalq artisti Faiq Ağayev: "Heç vaxt kreditə və ya borca nəsə almamışam".

Əməkdar artist, aktrisa Kəmalə Hüseynova (Müzəffəri): "Mənim həyat yoldaşım Vaqifə kredit borcum var. Lazım olanda, istədiyim məbləğdə ondan kredit alıram. Zaman-zaman ödəyirəm".

Xalq artisti Səməd Səmədov: "Heç vaxt kreditim olmayıb. Məsləhət də görmürəm".

Rəqqasə Aytən: "120 min kreditim var idi. Amma şükür, bitirmişəm. Maşınımın krediti idi".

Əməkdar artist Abbas Bağırov: "Belə suallar şəxsi suallardır. Belə suallara cavab vermək istəmirəm. Kiminsə xoşuna gəlir və reklam üçün açıqlaya bilər. Kreditim olsa da, olmasa da, bu haqda danışmağı sevmirəm".