Kamilə Babayeva qızına ad qoyub

Day.Az представляет новость на азербайджанском языке.

Bu yaxınlarda ana olan tanınmış teleaparıcı Kamilə Babayeva qızına ad qoyub.


Milli.Az bildirir ki, axşam.az saytına açıqlamasında aparıcı deyib ki, övladına qaynanasının adını verib:

"Həyat yoldaşımla birlikdə qərar verdik ki, qızımızın adını Natella qoyaq. Bu, qaynanamın adıdır. Hazırda yaxşıdır. Yavaş-yavaş böyüyür. Hər bir vəziyyətə tez uyğunlaşan insanam. Analığa alışmaq mənim üçün çətin olmadı".