Kənan Doğulu Azərbaycan səhnəsində fırtına qopardı - FOTO Day.Az представляет новость на азербайджанском языке.

Nəhayət ki, türkiyəli müğənni Kənan Doğulunun çoxdandır gözlənilən Bakı konserti baş tutub.

Axşam.az xəbər verir ki, tədbir Heydər Əliyev Sarayında keçirilib.

Konsertin aparıcılığını son günlər tez-tez gündəmə gələn Vüsalə Əlizadə edib.

Bakıya öz ansamblı ilə təşrif buyuran Kənan Doğulu tamaşaçılarına unudulmaz gecə yaşadıb.

Bir-birinin ardınca hit mahnılarını ifa edən müğənni sevənləri tərəfindən gurultulu alqışlarla qarşılanıb. Bununla yanaşı, sənətçi yeni ifalarını da ilk dəfə Azərbaycan tamaşaçısı üçün canlı şəkildə səsləndirib.

Anşlaq yaşanan konsertdə müğənni tamaşaçılarla səmimi ünsiyyət qurmağı da unutmayıb.

Böyütmək üçün şəkillərə klikləyin.