Aktrisa Hazal Kaya etiraz etdi

Day.Az представляет новость на азербайджанском языке.

Türkiyənin gənc və populyar aktrisalarından olan Hazal Kayanın baş rollardan birini oynadığı "A.Ş.K." serialında dəyişikliklər var.


Milli.Az AHT-yə istinadən bildirir ki, H.Kaya 2 il əvvəl Show TV telekanalında nümayiş olunan "Adını Feriha Koydum" serialında oynayanda "bəkarət kontrolu" səhnəsinə etiraz etmiş, "mən bu səhnədə oynamayacağam" demişdi.


Daha sonra isə aktrisa serialın rejissoru və prodüseri ilə yaranmış anlaşılmazlıqlara görə "Adını Feriha Koydum"dan ayrılmışdı.
 

"A.Ş.K." serialında da Hazal Kaya oynadığı "Azra" obrazı ilə aktyor Hakan Kurtaşın oynadığı "Kerem" obrazının küçədə sevişmə səhnəsinə etiraz edib.


"Hazal Kaya küçədə sevişə bilməz! Bu səhnəni dərhal ssenaridən çıxarın!" - Hazal Kaya rejissora və ssenariçilərə deyibmiş.
 

Küçədə sevişmə səhnəsinin əvəzində "hamamda öpüşmə" daxil olunub və Hazal Kaya da bu səhnəni oynayıb.