https://news.day.az/showbiz/600690.html QALMAQAL: Elza Seyidcahan verilişi tərk etdi - VİDEO

QALMAQAL: Elza Seyidcahan verilişi tərk etdi - VİDEO

Шоу-бизнес, 30 июля 2015 09:51 (UTC +04:00) 9 474
QALMAQAL: Elza Seyidcahan verilişi tərk etdi - VİDEO

Day.Az представляет новость на азербайджанском языке:

ANS telekanalında yayımlanan "Evdəyik" verilişində Elza Seyidcahan studiyanı tərk edib.
 

Verilişə qonaq qismində dəvət olunan tanınmış müğənni Elza Seyidcahan söhbət zamanı aparıcı Ulvira Qarayevadan incidiyini deyib:

"Siz başlanğıcda mənim xətrimə dəydiniz. Mən burdan gedərdim, amma kanala və qonaqlara hörmət elədim. Siz başdan ayağa mənə hörmətsizlik elədiniz. Nə qədər aparıcılarımıza deyim? Mən maraqlı adam deyiləm. Şou aləmdə "maraqlı" başqa mənada gedir".
 

Aparıcı Ulvira isə Elza Seyidcahanın ondan incidiyini eşidəndə təəccüblənib və dəfələrlə dəvət olunmasına baxmayaraq müğənninin onun verilişinə gəlməməsindən heç incimədiyini deyib:

"Siz bizim ruhumuzu 76 dəfə öldürmüsünüz. Yəni sizi verilişə dəvət eləmişik, demisiniz ki, gələcəm, gəlməmisiniz. Amma səhərisi günü sizi başqa verilişdə görmüşəm. Seçim budur da...Yəni mənim ruhum heç bundan inciməyib, gözümdən də düşməmisiniz, hörmətinizi də saxlayıram. Bir dənə sizə "maraqlı insan" dedim, bu sizə təsir elədi? Kaş ki, bütün Azərbaycan məni maraqlı insan kimi tanısın..."

Bir müddət davam edən mübahisədən sonra əsəblərini cilovlaya bilməyən müğənni Elza Seyidcahan verilişi tərk edib.

"A24.az" verilişdən olan videogörüntünü təqdim edir:


фото
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости