Roza Zərgərli 5 minə aldığını minə satdı

Day.Az представляет новость на азербайджанском языке

Müğənni Roza Zərgərli media nümayəndələri ilə görüşüb. 

Axşam.az-ın məlumatına görə, ifaçı yeniliklərindən bəhs edib. O, Kiyevin tanınmış saytlarından biri ilə əməkdaşlığa başladığını bildirib:

"Mənə bir kitab lazım idi. Çətin tapılırdı. Bir sayt məsləhət gördülər, ora yazdım. 20 gündən sonra kitab tapıldı. Daha sonra mənə təklif gəldi ki, geyimlərimi satışa çıxarım. Razılaşdım. Burada tək mənim yox, bir çox tanınmışlarımızın libasları satışa qoyulacaq. Rejissor Fuad Əlişov, model Rüstəm Cəbrayılovla danışıb, razılıqlarını almışıq. Libaslarım həddindən artıq çoxdur. Bəzilərini tanıdıqlarıma hədiyyə etmişəm. Amma yenə də evdə qoymağa yer tapmıram.

Bəziləri də çox açıq-saçıqdır. Bundan sonra geyimlərim həmin saytda satışda olacaq. Saytın Azərbaycan versiyası da yaradılıb. "Atəş" klipindəki geyimim artıq satılıb. 5 min manata almışdım, 1000 manata satdım. Əldə etdiyim gəliri isə xeyriyyə işlərinə sərf edəcəm".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.