https://news.day.az/showbiz/706136.html Zaur Baxşəliyev üç verilişə aparıcılıq edəcək

Zaur Baxşəliyev üç verilişə aparıcılıq edəcək

Шоу-бизнес, 12 октября 2015 18:35 (UTC +04:00) 3 034
Zaur Baxşəliyev üç verilişə aparıcılıq edəcək

Day.Az представляет новость на азербайджанском языке.

ATV-nin aparıcısı Zaur Baxşəliyev 3 yeni layihə ilə efirə qayıdır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcı "Onlar"a açıqlamasında yeniliklərindən bəhs edib:

"Yaxın günlərdə yeni verilişlərim start götürəcək. "Məni yarımdan soruş"un artıq seçim turları başlayıb. "Bu stil mənim" TV8-lə birlikdə hazırladığımız lisenziyalı verilişdir. Layihə Acun İlıcalınındır. Çəkilişləri Türkiyədə aparılacaq. Mən münsif, Günay (həyat yoldaşı - red.) aparıcıdır. Hər həftə bir qonaq münsifimiz var. Bu Türkiyədən də, Azərbaycandan da olacaq. 

Bir də gündəlik layihəm var. Uğurlu, sevimli bir veriliş olacaq. 15 ildir televiziyadayam. 14 ilin hər günü tamaşaçının gözünün qarşısına olmuşam. Onlar məni hər formatlı proqramda görüblər. Mənim üçün, aparıcı bir ampluada olmamalıdır. O, buqələmun kimi dəyişməlidir. Belə aparıcılar barmaqla sayılacaq qədərdir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz. 

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости