Kamil Zeynallı: "Həftədə 2-3 dəfə işdən sonra..." - MÜSAHİBƏ + FOTOLAR
Day.Az представляет новость на азербайджанском языке
İdmançı-aktyor Kamil Zeynalının müsahibəsini SİA-ya oxucularına təqdim edirik:
-Hansı filmdə çəkilmək istərdiniz?
-Görüş filmində istərdim ki, elə adıma uyğun Kamil obrazını canladırım. Amma əfsuslar olsun ki, yaşım buna imkan verməyib. Digər ekran işlərində hələ ki, rol almağı düşünmürəm. Çünki buna zamanım yoxdur. Filmdə çəkilmək üçün sırf olaraq aktyor ya da bekar olmalısan. Siz də bildiyiniz kimi, idmanla məşğul oluram.
-Hazırda Azərbaycanda hansı serialı izləyirsiz?
-Heç bir serialı izləmirəm. Ən çox xarici filmlərə baxıram. Həftədə 2-3 dəfə işdən sonra kinoteatrlarda film izləyirəm.
-İdman sizin üçün nə deməkdir?
-Mən idmansız özümü təsəvvür etmirəm. İşimdən ayrı düşəndə özümü narahat hiss edirəm. İşdə olmayanda qulağımdan telefon yerə düşmür.
-İstirahətə də vaxt ayırmağı unutmursunuz...
-Mütləq dincəlmək lazımdır. Əsəbdən uzaqlaşmaq üçün rayonlara üz tuturam. Həftə sonunu vaxtımı ən çox ailəmə həsr edirəm.
-Sizin üçün ailəniz yoxsa işiniz önəmlidir?
-Əlbəttdə ki, əsas mənim üçün ailəmdir. Onlarsız bir günüm olmasın. Ailə gözəldir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре