Rəqsanə: "Mən yaşadığım həyatı indi Aysun yaşayır"
Day.Az представляет новость на азербайджанском языке
Müğənni Rəqsanə qızı Aysundan və onun atasından danışıb. Müğənni bildirib ki, 4-5 il ailəsinin dağılmaması üçün cəhd göstərsə də, nəticə onun arzuladığı kimi olmayıb.
Gecce.az-ın məlumatına görə, bu barədə Rəqsanə "Bizimləsən" verilişində danışıb:
"Çox çalışdım Aysun atasız qalmasın, mümkün olmadı. Mənim vaxtilə yaşadığım həyatı indi Aysun yaşayır. Qızım atasını axtarır".
Söhbətə müdaxilə edən teleaparıcı Zaur Baxşəliyev bunları deyib: "Rəqsanə də, qızı da yaxşı bilirlər ataları haradadır. Amma cəhdləri bəzən alınır, bəzən alınmır".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре