Roza Zərgərli yenidən o işi görəcək?

Day.Az представляет новость на азербайджанском языке

Müğənni Roza Zərgərli yeni telelayihələr hazırlayır. Onlardan biri indi, digəri isə bir müddət sonra efirə çıxacaq.

Bu haqda ifaçı Publika.az-a açıqlamasında danışıb.

Müğənni layihələrindən yalnız biri haqqında məlumat verib. Onun sözlərinə görə, ötən televiziya mövsümündə efirdə olan və ölməz sənətkarlara həsr olunan "Bakı vaxtı ilə" verilişi ilə yenidən tamaşaçılarının görüşünə gələcək. Amma verilişin adında hər efir mövsümündə müəyyən dəyişiklik olacaq. Bu mövsüm "Bakı vaxtı ilə - retro" adlanacaq verilişdə yalnız retro musiqilər səslənəcək, retro görüntülər nümayiş olunacaq. Növbəti mövsümdə başqa musiqi janrına həsr ediləcək "Bakı vaxtı ilə" verilişinin nədən bəhs edəcəyi onun adına əlavə ediləcək".

Müğənni bu efir mövsümünü özü başlasa da, bağlaya bilməyəcək. Çünki:

"Ola bilsin, sonradan məni başqası əvəz edəcək. Başqa telekanalda, başqa bir telelayihəm də var. Eyni vaxtda iki kanalda veriliş apara bilməyəcəyimə görə, məcburən bu verilişi başqasına həvalə etməli olacam".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.