Xoşqədəm film çəkir - “Qorxuram ki...”
Day.Az представляет новость на азербайджанском языке
Teleaparıcı Xoşqədəm Hidayətqızı film çəkir.
"Qafqazinfo"nun məlumatına görə, bu haqda sosial şəbəkədə məlumat yayan teleaparıcı bildirib ki, ekran işinin ssenarisi ona aiddir:
"Üç aydır ki, başlayıb bitirə bilmədiyim ssenarini dünən bitirdim. Bir az da film dünyasında fırtınalar qoparacaq. Çox məşhur və mənim çox sevdiyim rejissorda oxusun, fikrini bildirsin. Amma qorxuram ki, beş ildə az qala bütün proqramlar "Səni axtarıram"a bənzəyən kimi bəzi filmlər də aylar sonra nümayiş olunacaq filmimizə bənzəsin".
Qeyd edək ki, ANS-də yayımlanan "Axtarıram səni" və "Sən tək deyilsən" verilişləri bağlandıqdan sonra gündəmdən uzaqlaşan Xoşqədəm Hidayətqızı efirə "Deməsək olmaz" adlı yeni verilişlə qayıdıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре