Elza Seyidcahan ölkədən gedir

Day.Az представляет новость на азербайджанском языке

Əməkdar artist Elza Seyidcahan Ankaraya yola düşür. 

Axşam.az-a açıqlama verən müğənni orada keçiriləcək konsertdə çıxış edəcəyini bildirib:

"Noyabrın 19-da Ankarada böyük konsert proqramı keçiriləcək. Burada bir neçə ölkənin bəstəkarının əsərləri səsləndiriləcək. Bu konsertin eynisi bir neçə gün əvvəl Bakıda baş tutmuşdu. Konsertdə "Qoy sinəmin üstünə" adlı mahnımı pianoda ifa edəcəm. Musiqisi özümə, sözləri Əkrəm Yalduza aiddir. Konsert TRT vasitəsiylə canlı yayımlanacaq".

E.Seyidcahan tələbəsi Mehman Tağıyevlə "Türkvision"a hazırlaşdığını  deyib:

"Yarış dekabrın 12-də İstanbulda keçiriləcək. Mehman sözləri Qənirə Paşayevaya aid olan "İstanbul" mahnısını oxuyacaq. Hazırlıqlarımız davam edir".

Müğənni yeni vətənpərvərlik mövzusunda mahnılar bəstələdiyindən də xəbər verib:

"Deputatlığa namizəd olduğum və başımın ora qarışdığı ərəfədə sənətimdən uzaqlaşmadım. Bir neçə vətənpərvərlik mövzusunda mahnılar yazdım. Bu günlər ərzində başıma gələn heç bir hadisəyə görə peşman deyiləm. Övladlarım da mənimlə bu qədər vətənpərvər olduğum üçün fəxr edirlər".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.