Nigar Camal: "Hətta Miri Yusiflə, Dima Bilanla, Berksanla..."

Day.Az представляет новость на азербайджанском языке

"Eurovision 2011" qalibi Nigar Camal "Tezdən oyan" verilişinin qonağı olub. 

Axşam.az xəbər verir ki, müğənni haqqında yayılan dedi-qodulardan bəhs edib:

"Eldar Qasımovla duet oxudum, dedilər, sevgiliyik. Hətta Miri Yusiflə, Dima Bilanla, Berksanla işbirliyindən sonra da belə dedi-qodular çıxmışdı. Ona görə də belə xəbərlərə önəm vermirəm. Qadınla kişi dostluğuna birmənalı yanaşmıram. Əgər qadın çirkindirsə, oğlanla dostluğu alınacaq. Amma qadın gözəldirsə, bu alınmaz".

N.Camal yaradıcılığından da danışıb:

"Londona övladlarıma görə gedib-gəlirəm. Orada təhsil alırlar. Yaradıcılıq işlərim isə Türkiyədə və Bakıdadır. Yeni mahnılarım var".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.