MDB veteranlar təşkilatlarının üzvləri beynəlxalq turniri izləyiblər

Day.Az представляет новость на азербайджанском языке

"Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin sədrinin müavini ehtiyatda olan polkovnik Azər Qarayev və birliyin məsul katibi ehtiyatda olan polkovnik Əliheydər Dadaşov MDB Xüsusi Xidmət Orqanlarının Veteranları birliklərinin Minsk şəhərində keçirilən görüşündə iştirak ediblər.

Trend-in məlumatına görə, nümayəndə heyətinin üzvləri qonaq qismində Bilyarda üzrə "Qalxan və qılınc" Beynəlxalq turnirinə qatılıblar.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Qarayev iştirakçları salamlayıb və uğurlar arzulayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz

MDB veteranlar təşkilatlarının üzvləri beynəlxalq turniri izləyiblər