Korrupsiyada ittiham olunana bəraət verilmədi

Day.Az представляет новость на азербайджанском языке.

Şirvan Apelyasiya Məhkəməsinin cinayət işləri üzrə kоllegiyasında mənimsəməkdə təqsirli bilinən Qəhrəman Hüseynovun apelyasiya şikayəti üzrə şikayətə baxılıb.
 

Day.Aza məhkəmədən verilən məlumata görə, hakim Qəzənfər Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin bəraət istəməsi ilə bağlı apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Qəhrəman Hüseynovun apelyasiya şikayəti təmin edilməyib.
 

Ittihama görə, Qəhrəman Hüseynov 2008-ci ilin sentyabr ayından 2010-cu ilin fevral ayınadək olan müddət ərzində "Nikoyl - İKB" ASC-nin Lənkəran rayon filialının kənd özəl məsləhətçisi kimi fəaliyyət göstərdiyi dövrdə cəmiyyətə məxsus 475 min 334 manat 89 qəpik məbləğində pul vəsaitini mənimsəməyib.
 

Qeyd edək ki, Qəhrəman Hüseynova qarşı ilkin istintaq hərəkəti 2010-cu ilin martın 3-də Lənkəran Rayon Prokurorluğunda başlanılıb, 2010-cu ilin aprelin 6-dan Korrupsiyaya Qarşı Mübarizə İdarəsində davam etdirilib və 2011-ci il iyun 29-da isə iş məhkəməyə göndərilib.
 

O, Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə; Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə təqsirləndirilib.
 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qəhrəman Hüseynov cəzasını ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəkməklə 11 il müddətinə azadlıqdan məhrum edilib.