Azərbaycanda ailə doğum evinin müdirindən şikayətçidir Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az EL TV-yə istinadən xəbər verir ki, Bərdə rayonu 105 saylı peşə məktəbinin binasında məskunlaşan Xocalı rayon Cəmilli kənd sakini İntiqam Türbəndiyevin ailəsi Bərdə Rayon Doğum Evinin müdiri Xuraman Bəylərovadan şikayətçidir.

İntiqam Türbəndiyev dedi ki, onun həyat yoldaşı bu ilin yanvar ayının 6-da doğum şöbəsinə yerləşdirilib. Xuraman Bəylərova isə uşağın normal doğuşunu təmin etməyib. Nəticədə uşaqda müəyyən problemlər yaranıb və doğuşdan 1 gün sonra evə buraxılıb.

Türbəndiyev bildirdi ki, 11 aydır edilən şikayətlərin nəticəsi olmayıb. Bu istiqamətdə aparılan ekspertizaların rəyi doğru verilməyib. Bərdə Rayon Doğum Evinin müdiri Xuraman Bəylərova isə barəsində səsləndirilən iddiaları əsassız saydı. İntiqam Türbəndiyev onu da dedi ki, 11 aydır aparılan müalicələrin nəticəsi olaraq uşağın səhhətində irəliləyişlər var. Lakin onlar digər insanların da bu cür hallarla rastlaşmaması üçün Xuraman Bəylərovanın cəzalandırılmasını tələb edirlər.