Gəncədə 14 yaşlı məktəbli öldü Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, bədbəxt hadisə bu gün saat 17 radələrində şəhərin Mahrasabağı yaşayış massivi Rəfibəyli 99 ünvanında qeyd alınıb. Belə ki, adıçəkilən ünvanda yaşayan 14 yaşlı Aysel Hüseynlihamamda çimərkən qazla işləyən su qızdırıcısında yaranan nazaslıq dəm qazının hamama dolması ilə nəticələnib.

Yeniyetmə zəhərlənərək dünyasını dəyişib. Dərhal hadisə yerinə Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin, şəhər Qaz İstismarı Sahəsinin nümayəndələri gəliblər.

Xatırladaq ki, 14 yaşlı Aysel Hüseynli 16 nömrəli məktəbin şagirdi olub. Baş vermiş bədbəxt hadisə ilə bağlı aidiyyəti orqanlarda araşdırma aparılır.