Şəkidə məktəblinin yıxılması valideynlə məktəb rəhbərliyini üz-üzə qoydu Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, ötən gün Şəki Nizami Gəncəvi adına 7 saylı tam orta məktəbdə 7-ci sinif şagirdi Aysel Məmmədova məktəbin pilləkənindən yıxılaraq xəsarət alıb.

Hadisə 18:05-də, şagirdlərin sonuncu dərsdən çıxaraq evə getdikləri zaman, baş verib. Məktəbliyə ilkin tibbi yardım göstərildikdən sonra evinə buraxılıb. Daha sonra vəziyyəti pisləşən Aysel Məmmədova Şəki Rayon Mərkəzi Xəstəxanasının uşaq cərrahiyə şöbəsinə yerləşdirilib.

Xəstənin vəziyyəti ilə bağlı məlumat almaq istəsək də, Şəki Rayon Mərkəzi Xəstəxanasının həkimləri məlumat verməkdən imtina etdilər.

Xəstənin valideynləri uşağın özünün yıxılmadığını və itələndiyini söyləyərək, hadisədə məktəb rəhbərliyini günahlandırırlar.

Şəki Nizami Gəncəvi adına 7 saylı tam orta məktəbdən verilən məlumata görə, məktəbdə hər zaman şagirdlər nəzarətdə saxlanılırlar. Hadisəyə gəldikdə isə Aysel Məmmədovanın sürüşərək yıxıldığı bildirib. Qeyd edək ki, hazırda Aysel Məmmədovanın Şəki rayon Mərkəzi xəstəxanasının uşaq cərrahiyə şöbəsində müalicəsi davam etdirilir.