Ucar əhalisi fasiləsiz su ilə təmin ediləcək – FOTO

Day.Az представляет новость на азербайджанском языке.

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində kompleks tədbirləri davam etdirir.

Day.Azın "Azərsu" Aşıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə Əlaqələr Departamentini Mətbuat xidməti şöbəsinin məlumatına istinadən verdiyi xəbərə görə, dövlət büdcəsi hesabına maliyyələşdirilən layihə çərçivəsində Ucar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin böyük hissəsi yekunlaşmışdır.
 

Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 57 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır. Layihə Ucar şəhəri ilə yanaşı, rayonun 15 kəndini də əhatə edir.
 

İcrasına 2011-ci ilin oktyabrında başlanmış "Ucar şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin yenidən qurulması layihəsi"nə əsasən Ucar şəhərini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün mənbə Külüllü su mənbəyi seçilmişdir. Su mənbəyində Ucar şəhərini içməli su ilə təmin etmək üçün hər birinin tutumu 3750 kubmetr olan 2 ədəd su anbarı tikilmişdir. Buradan şəhər mərkəzinədək 500-560 mm diametrli polietilen borularla 57 km uzunluğunda magistral su xəttinin çəkilişi başa çatmış və şəhərə suyun verilməsinə başlanılmışdır. Özüaxımlı rejimdə olan magistral xətdən marşrut boyunca yerləşən 15 kəndin hər birinə çıxışlar verilmişdir. Ucar şəhərini dayanıqlı rejimdə içməli su ilə təmin etmək üçün şəhər mərkəzində hər birinin tutumu 1500 kubmetr olan 2 ədəd su anbarı tikilir. Külüllü-Ucar magistral xətti ilə Ucar şəhərinə su verildikdən sonra şəhərdə fasiləsiz su təchizatı rejiminə keçilmiş, uzun müddət su almayan küçə və məhəllələrin içməli su problemi öz həllini tapmışdır.
 

Layihəyə uyğun olaraq Ucar şəhərində 107 km şəhərdaxili su şəbəkəsinin 93 km-lik hissəsində işlər başa çatmış, 3 minə yaxın evə birləşmə verilmişdir. İçməli su və kanalizasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması məqsədi 5170 abunəçinin 1700-ə qədəri smart-kart tipli su sayğacları ilə təmin edilmişdir. Ucar Sukanal İdarəsi üçün yeni inzibati binanın tikintisi isə yekunlaşmaq üzrədir.
 

Layihəyə əsasən, Ucar şəhərində yaranacaq çirkab suların axıdılması üçün ümumi uzunluğu 88 km-ə yaxın kanalizasiya şəbəkəsi qurulacaq. Artıq kanalizasiya şəbəkəsinin 20 km-lik hissəsində tikinti işləri başa çatmışdır.
 

Xatırladaq ki, yeni layihənin icrasına qədər Ucar şəhərinin sakinləri fasilələrlə artezian suyu alır və ya arx sularından istifadə edirdi.
 

Xatırladaq ki, yeni layihənin icrasına qədər Ucar şəhərinin sakinləri fasilələrlə artezian suyu alır və ya arx sularından istifadə edirdi.
 

Böyütmək üçün şəkillərə klikləyin: