AMEA prezidenri Varşavaya yollanıb

Day.Az представляет новость на азербайджанском языке.

25 noyabr 2013-cü il tarixində Varşavada səfərdə olan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə Polşa Elmlər Akademiyasının Geologiya İnstitutunda görüş keçirmişdir.
 

Day.Azın Azərbaycanın Varşavadakı səfirliyinin məlumatına istinadən verdiyi məlumata görə, AMEA prezidenti akademik Akif Əlizadə PEA-nın Geologiya İnstitutunun direktoru prof. Marek Levandovski, prof. Kristina Şeroçınska və prof. İonna Miroslav-Qrabovska ilə görüşmüşdür. Görüş zamanı gələcək ikitərəfli əməkdaşlığa dair bir sıra məsələlər müzakirə olunmuşdur.
 

27 noyabr tarixində akademik Akif Əlizadə Nüvə Kimyası və Texnologiyası İnstitutunun direktoru prof. Andrey Xmelevski, MAGATE ilə əməkdaşlıq mərkəzinin direktoru prof. Jimek Zbiqniev və dr Voyçex Qluşevski ilə görüşmüşdür. Görüşdə həmçinin Polşada elmi ezamiyyətdə olan azərbaycanlı alim Dinarə Abbasova da iştirak etmişdir. Görüş zamanı yeni texnologiyalar, nüvə təhlükəsizliyi sahəsində İnstitutun əldə etdiyi nəaliyyətlər haqqında məlumat verilmişdir. Akademik Akif Əlizadə mərkəzin laboratoriyaları ilə tanış olaraq fikir mübadiləsi aparmışdır. Akademik həmçinin 2014-cü ildə Varşavada keçiriləcək beynəlxalq konfransa fəxri üzv kimi dəvət almışdır.
 

AMEA vitse-prezidenti akademik İsa Həbibbəyli və Azərbaycan Respublikasının Polşadakı səfiri Həsən Həsənov həmçinin keçirilən görüşlərdə iştirak ediblər.
 

Səfər çərçivəsində həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə Polşanın Elmlər Akademiyasının prezidenti prof. Mixal Kleyberlə də görüşmüşdür. Görüşdə AMEA vitse-prezidenti İsa Həbibbəyli, AMEA Milli Tarix Muzeyinin direktoru Nailə Vəlixanlı, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova, Azərbaycan Respublikasının Polşadakı səfiri Həsən Həsənov, Polşa tərəfindən Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun direktoru Mikolay Sokolovski, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Andjey Buko, Geologiya İnstitutunun direktoru Marek Levandovski, Aralıq dənizi ətrafı və Şərq mədəniyyətləri institutunun direktor müavini Yejı Zdanovski, Tibbi şöbənin kuratorlar şurasının rəhbəri Yejı Albrext, texnologiya şöbəsinin kuratorlar şurasının rəhbəri Yanuş Kaspşık, Xarici əməkdaşlıq üzrə şöbənin direktoru Urşula Vaytsen, PEA-nın kansleri Zcislav Hentsel iştirak etmişlər. Görüş zamanı ikitərəfli əməkdaşlıq sahəsində ətraflı danışıqlar aparılmış və hər iki Akademiya prezidentləri tərəfindən gələcək əməkdaşlığın əsasını qoymuş niyyət protokolu imzalanmışdır.